A+
A–

Moskva, 18 aprel, AZƏRTAC
Gənc azərbaycanlı musiqiçi, Moskva Konservatoriyasının Akademik Musiqi Məktəbinin tələbəsi Murtuza Bülbül Novosibirskdəki (Rusiya) Arnold Kats adına Dövlət Konsert salonunun səhnəsində çıxış edib.
Novosibirskdə hər il keçirilən Transsibir Art Festivalı çərçivəsində baş tutan “Uşaqlar uşaqlara” konsert proqramında Murtuza Bülbül Novosibirsk Akademik Simfonik Orkestrinə dirijorluq edib.
Festivalda fəxri qonaq qismində iştirak edən Azərbaycanın Xalq Artisti, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Novosibirsk Akademik Simfonik orkestrinin müşayiət ilə özünün “Azərbaycan”, “Sənin yolun” və digər mahnılarını ifa edib.
Transsibir Art Festivalı Novosibirsk Filarmoniyası və Vadim Repin Fondu tərəfindən təşkil olunur.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva
AZERTAG.AZ :Gənc azərbaycanlı musiqiçi Transsibir Art Festivalında çıxış edib