Bakıda zəncirvari yol qəzası

Bakıda zəncirvari yol qəzası
09:17 21 Fevral 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.
APA-nın məlumatna görə, kimliyi məlum olmayan "Toyota" markalı minik avtomobilinin sürücüsü prospektlə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarında dayanan Seyidağa İsgəndərova məxsus eyni markalı maşına, o da öz növbəsində Asim Qabulovun idarə etdiyi “Nissan” markalı avtomobilə çırpılıb.
 
Baş verən qəzada hər üç avtomobilə ciddi ziyan dəyib, qəzaya səbəb olan kimliyi məlum olmayan "Toyota"nın sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerini tərk edib. Qəzadan sonra adıçəkilən prospektdə avtomobillərin hərəkətində müvəqqəti olaraq məhdudiyyət yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/325857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR