Bakı sakini qaçırdığı avtomobillə qəzaya düşüb.

Milli.Az DİN-ə istinadən bildirir ki, aprelin 24-də Abşeron rayonunun Sulutəpə qəsəbəsindən qəsəbə sakini Gülarə Ağabəyovaya məxsus "Mercedes" markalı avtomobil qaçırılıb. Binəqədi RPİ 40-cı PB əməkdaşları tərəfindən hadisənin Bakı şəhər sakini Zamiq Ağalıyev tərəfindən törədilməsi, onun həmin avtomobili Qobu qəsəbəsində idarə edərkən yol ayırıcısına vurması müəyyən edilib. Z.Ağalıyev xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Milli.Az