Azərbaycan-Latviya hökumətlərarası komissiyasının iclasının keçiriləcəyi tarix açıqlanıb

Azərbaycan-Latviya hökumətlərarası komissiyasının iclasının keçiriləcəyi tarix açıqlanıb
10:53 22 Fevral 2015
352 Ölkə
Ölkə mətbuatı
A- A+

Latviya, Riqa, 22 fevral /Trend, müxbir Yelena Kosolapova/

Latviya İqtisadiyyat Nazirliyi bu ilin ikinci yarısında Azərbaycan-Latviya hökumətlərarası komissiyasının altıncı iclasını təşkil etməyi planlaşdırır. Bu barədə Trend-ə Latviyanın Nəqliyyat Nazirliyinin dövlət katibi Kaspars Ozolinş bildirib.

İkitərəfli hökumətlərarası komissiyanın həmsədrləri Latviya və Azərbaycanın nəqliyyat nazirləridir. Hökumətlərarası komissiyanın beşinci iclası 2013-cü il aprelin 24-də keçirilib.

Ozolinşin sözlərinə görə, eləcə də 2015-ci ildə Riqada Azərbaycan-Latviya Avtomobil nəqliyyatı məsələləri üzrə qarışıq komissiyanın iclasının keçirilməsi də planlaşdırılır.

Komissiyanın sonuncu iclası 2014-cü ilin 9 -10 aprel tarixlərində Bakıda keçirilib.

Ozolinş Azərbaycan və Latviya hökumətləri və biznesi arasında əməkdaşlığı müsbət dəyərləndirib.

Onun sözlərinə görə, ölkələr arasında tərəfdaşlığa dair bir sıra razılaşmalar əldə olunub, ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün potensial mövcuddur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 10,5 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2365463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR