Puerto-Rikoda 700-ə yaxın insan Zika virusuna yoluxub
Paylaş
52 baxış·1 dəq oxu
Bakı. 29 aprel. REPORT.AZ/Puerto-Rikoda Ziko virusuna 683 yoluxma hadisəsi qeydə alınıb. Xəstələrdən 65-i hamilə qadındır. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Mərkəzinə istinadən "Reuters" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, daha beş nəfərdə əzələləri zəiflədən və iflicə səbəb ola bilən nadir nevroloji xəstəlik - Qiyyena-Barre sindromu aşkarlanıb. Ziko virusu ilk dəfə 1947-ci ildə Uqandada aşkar edilib.