"ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının qonağı əməkdar artist Tünzalə Ağayeva olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni həmkarı Elza Seyidcahanı hit-paraddan uzaqlaşdırıb. O, ifaçıdan yeni mahnı gözlədiyini bildirib.

T.Ağayeva Əhməd Mustafayevi onuncu yerə layiq görüb. İfaçı müğənni Günay İbrahimlini doqquzuncu yerə saldığını bildirib:

"Faiq Ağayevin "Gəl səni xoşbəxt edim" mahnısı səkkizinci yerdə olsun. Yəqin ki, Sevda Yahyayeva yeddinci pillədən inciməz. Üç uşaq anası Elnarə Xəlilovanı altıncı yerə layiq görürəm. O qədər qoçaqdır ki, ondan 12 uşaq da gözləyirəm. Həftənin beşincisi Eldar Qasımovdur. Duet söz verdiyimdən biri də odur. 50 yaşımda gələr, duet oxuyarıq".

T.Ağayeva beşinci pilləyə layiq gördüyü meyxanaçı Namiq Qaraçuxurlunun ünvanına təriflər yağdırıb:

"Gözəl, mentalitetə uyğun Namiq Qaraçuxurlunu dördüncü yerə layiq görürəm. Onun oxuduğu altı-səkkiz ritmi bizim qanımızda var. İstedadlı müğənnimiz Natavan Həbibini üçüncü hesab edirəm. Natavan hər zaman gözəl müğənni olub. İllərdir sənətdə yerini qoruyan Zülfiyyə Xanbabayeva isə ikinci pillədə olsun".

T.Ağayeva birinci yerə Elşad Xose ilə Elmirin duetini layiq görüb.

Milli.Az