Bakıda müasir və peşəkar ustaların xidmət göstərdiyi yeni mərkəz istifadəyə verilib.
Milli.Az-ın məlumatına görə, bu münasibətlə "Vİ" Beauty Center adlanan məkanın açılış mərasimi təşkil olunub.
Açılış mərasimində şou və dəb dünyasının tanınmış simaları iştirak ediblər.
Tədbirin aparıcısı aktyor Fərda Xudaverdiyev olub, "Vİ" Beauty Center barədə məlumat verib.
Fərda daha sonra gözəllik mərkəzinin rəhbəri İntizar Ramizlini təqdim edib.

Mərkəz rəhbəri qonaqları salamlayıb, məkan barədə məlumat verib:
"Açılış tədbirinə gələn hər kəsi salamlayırıq. Müştərilərimiz, incəsənət dünyasının bir çox simaları burada iştirak edir. İnanırıq ki, hər şey yüksək səviyyədə təşkil olunub. Müştərilərin məmnun qalmağı üçün yüksək xidmət göstərmək lazımdır. Şou xarakterli işlər görmək istəmirik. Görülən işin nəticəsi olmalıdır. "Vİ" Beauty Center-də xidmətlər yüksək səviyyədədir. Bizim kosmetoloq, stilist, vizajist, lazer, kimi xidmətlərimiz var. Düşünürük ki, hər kəs bizim peşəkar ustalarımızdan və məkanımızdan danışacaq, xidmətlərimizdən razı qalacaq".

Açılış tədbirində müğənnilər Əbdül Xalid, Roza Zərgərli, Aytac Bərdəli, Damla, aparıcı Günay Fridunqızı, aktyor Fərda Xudaverdiyev, aktrisa Tünzalə Əliyeva, prodüser Təranə Səmədova, Dj Roşka, stilist Samiraldo, meyxanaçı Asif və başqa şou-biznes nümayəndləri də iştirak edib, təbriklərə qoşulublar.


Tədbirin sonunda müştərilərə hədiyyə və kuponlar verilib.
Müştərilər gözəllik mərkəzində saç düzümləri və makiyajla yanaşı, lazer epilyasiyası (APG Tech Epildream -İtaliya istehsalı) və kosmetologiya xidmətlərindən (üz təmizlənməsi, üz baxımı, kimyəvi pilinqlər, aparat komsetologiyası, mezoterapiya, botoks, kontor plastikası və.s) də istifadə edəcəklər.

Xidmətlər:
Makiyaj və vizaj
Saçların rənglənməsi, kəsimi və yığılması
Manikür və pedikür
Balyaj
Mikro qaynaq
Dırnaq qaynağı
Ombrey
Keratin düzləşmə
Pemanent
Ünvan: Nərimanov rayonu, Həsən Əliyev 42
Tel: (012) 441 57 15, (050) 444 04 22, (055) 484 04 22