“Oskar” mükafatının növbəti sahibləri bəlli olub - FOTOSESSİYA

“Oskar” mükafatının növbəti sahibləri bəlli olub - FOTOSESSİYA
10:42 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 10:36 ]

Bakı. Cavid Zeynallı – APA. Los Ancelesdə Amerika kino akademiyasının təsis etdiyi 87-ci ”Oskar” mükafatının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, ən yaxşı film nominasiyasında mükafata meksikalı rejissor Alexandro Qonsalies İnyarritunun “Berdmen” filmi layiq görülüb.

 

A. Qonsalesun filmi ən yaxşı rejissor işi kateqoriyasında da “Oskar”a layiq görülüb.

 

Kino xadimlərinin rəyinə əsasən ən yaxşı əcnəbi film nominasiyasında polşalı rejissor Pavel Pavlikovskinin “İda” filmi mükafatlandırılıb.

 

Mərasimdə ən yaxşı kişi aktyor “Stiven Xokinqin aləmi” filmində baş rol ifaçısı Eddi Redmeyn,  ən yaxşı aktrisa isə “Hələ də Elis” filmindəki rolu ilə Culiana Mur seçilib.

 

Ən yaxşı sənədli film “Dördüncü vətəndaş”, ən yaxşı qısa animasiya filmi “Ziyafət”, ən yaxşı bədii animasiya filmi nominasiyasında isə “Qəhrəman altılıq” ekran əsəri müəyyənləşib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR