“Report”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra qərar elan olunub. Qərara əsasən, iş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə qaytarılıb. İşə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakı şəhər sakinlərin etimadını qazanaraq qaçqın və məcburi köçkünlər üçün tikilən evlərdən mənzil alacaqlarını vəd edərək, onların pullarını dələduzluq yolu ilə ələ keçiriblər.
Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Əliyeva 9 il, V.Hüseynov 8 il 6 ay və H.Bağırov 10 müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslər ayrı-ayrılıqda apellyasiya şikayəti veriblər.