Devalvasiyanın olması bir çoxları üçün böyük problem kəsb etsə də, bəzi qrup insanları sevindirdi. Bəli, nə qədər qəribə səslənsə də, devalvasiyanın olması bəzi qrup adamları sevindirdi. Sevinən adamlar isə son dərəcə savadlı, normal təfəkkürə malik və ən nəhayət "day-day"ı olmayanlardır.
Nə üçün sevindilər? Cavab üçün bir az uzağa səyahət etməli olacağıq.
Azərbaycan mühitində biznes mühitini şərti olaraq 2 yerə bölək:
1. Devalvasiyadan əvvəl;
2. Devalvasiyadan sonra.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, devalvasiyadan əvvəlki mühiti biznes adına adlandırmaq çox çətindir. Çünki biznes adına lazım olan komponentləri həmin qurumların əksəriyyətində görmək olmurdu. Həmin qurumların başında əksərən özündən razı müdirlər işləri yaxşı apardığını düşünürdülər. Bu qurumlar savadlı insanların məsləhətlərinə məhəl qoymayaraq, öz bildiklərində sabit qalırdılar. Çünki pul gəlirdi, həm də dayanmadan. Onlara hansısa müasir metodlardan söz açdıqda, deyirdilər: "Biz illərdi bu yoldayıq və işlərimiz lap əladır". Səbəb isə müştəri faktoru idi. Ona görə ki:
- Müştəri çox incəliklərə fikir vermirdi.
- Müştərinin pulu nisbətən çox idi.
- Müştəri qiymət müqayisəsi etmirdi və s.
Şirkətlərin oturub müştəri gözləməsi, sadəcə məhsullarını təqdim etmək - əslində biznes deyil, alverdir. Hər hansısa müəssisə alver strukturundadırsa, şübhəsiz ki, şirkət preblemlərin astanasındadır. Hətta dövriyyə əla vəziyyətdə olsa da, qalaq-qalaq pul qazansalar belə, qeyri-sabit iqtisadi durumda belə menecment aparanlar iflas təhlükəsi ilə üz-üzədirlər.
Bəs devalvasiyadan sonra nə oldu?
Artıq müştərilərin gəlirləri azı 2 dəfə düşdü. İşləri təkçə müştəri gözləmək olan şirkətklər intizarda qaldı və bəziləri iflas oldu. Müştərinin gəlirləri azaldıqca, bilgilənməyə daha çox meyillənməyə başladı. Çünki pulun dəyərdən düşüdüyü dönəmdə müştəri nəsə alacaqsa onun dəyərli olması mütləqdir. Vəziyyətin acınacaqlı olduğunu görən sahibkarlar 2 seçim qarşısında qaldılar:
1. İşin mütəxəssisindən konsultasiya almaq (SEVİNƏNlərdən).
2. Bağlanmaq.
Sahibkar üçün nə qədər çətin olsa da, bəzi yeniliklərə getmələri labüd oldu, həm də yüksək pullar hesabına. Sahibkar artıq müasir bazar tələblərinə cavab verməyə borclu oldu və həmin konsultasiyalar nəticəsində aşağıdakaıların əhəmiyyəti ön plana çəkildi:
1. Bəzi şirkətlər müdirmərkəzlilikdən lidermərkəzliliyə doğru addım atdılar.
2. Doğru reklamın əvəzedilməz olduğunu anladılar.
3. İnsan resurslaının əhəmiyyəti yüksəldi və işçiyə resurs kimi baxıldı.
4. Bazarın araşdırılması başlnadı.
5. Qiymət rəqabəti yarandı.
6. "Az qazanc, yüksək keyfiyyət" prinsipinə əməl edilməyə başlanıldı.
7. Müştəri məmnuniyyəti ön plana keçdi.
8. Satışsonrası satış metodu aktuallaşdı.
9. Şirkət geyimi aktuallaşdı.
10. Rəsmi yazışmalar tədrisləri başlandı.
11. "Böhran dövründə biznes" təlimləri həyata keçdi.
12. Natiqlik təlimlərinə ehtiyac yarandı.
13. Digital Marketinqə ciddi tələbat yarandı və s.
Bəli, bu işləri məhz həmin sevinən adamlar etdilər. Devalvasiyadan əvvəl isə yuxarıda sadalananları sahibkarın yanında dedikdə o komponentlərə xərc kimi baxırdılar.
Hazırda bazarda ciddi rəqabət hiss edilməkdə və modernləşmə prosesi sürətlə getməkdədir. Bu prosesləri bu dönəmlərdə etmək ya gec oldu bəzi şirkətlər üçün, ya da çox çətindir. Amma gec deyil heç zaman...
Milli.Az