Hər adama görə, 250 min avro (təxminən 290 min dollar) məbləğində cərimə təyin edilməsi nəzərdə tutulur.
Avropa Komissiyası öz kommünikesində buradan toplanacaq vəsiatin Avropa İttifaqının çətin maliyyə və iqtisadi vəziyyətdə olan ölkələrinin ehtiyacları üçün istifadə edilə biləcəyini qeyd edib.
Aİ-də yeni tədbirlərin ittifaq üzvü olan ölkələrdə miqrasiya məsələsi ilə bağlı gərginliyi azaldacağına ümid edirlər.
Yeniliyin təbiqi üçün Aİ-yə üzv ölkələrin əksəriyyətinin və Avropa Parlamentinin deputatlarının səs çoxluğu lazımdır.