Avtomobillərin bazar qiyməti 32670 funt sterlinqdir. Bundan başqa, Şrivaddanaprabha öz hesabına bütün komandaya ABŞ-ın Las Veqas şəhərinə səfər vəd edib. Baş məşqçi Klaudio Ranyeri isə 5 milyon funt sterlinq mükafat qazanacaq.
Qeyd edək ki, "Lester" mayın 2-də "Çelsi"nin "Tottenhem"lə 2:2 hesablı heç-heçə etməsindən sonra tarixində ilk dəfə çempion olub. Premyer Liqanın son 2 turunda "tülkülər" mayın 7-də "Everton"la evdə, mayın 15-də "Çelsi" ilə səfərdə üz-üzə gələcək.