Azərbaycanın sığorta bazarı yanvar ayında 2,9 faiz artıb

Azərbaycanın sığorta bazarı yanvar ayında 2,9 faiz artıb
13:33 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc
Yanvar ayında Azərbaycanın sığorta bazarı 2,9 faiz artıb.
AzərTAc xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov jurnalistlərə müsahibəsində deyib.
O.Bayramov bildirib ki, 2015-ci ilin yanvar ayında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə təxminən 62,9 milyon manat sığorta haqqı toplanıb. Bu ötən ilin eyni dövrünə nisbətən 2,9 faiz çoxdur.
Ötən ay sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği isə təxminən 10,3 milyon manat təşkil edib. Bu da 2014-cü ilin yanvar ayına nisbətən 27,8 faiz çoxdur. Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 16,4 manat ödəniş edilib. Bu göstərici 2014-cü ilin eyni dövründə 13,2 manat olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_sigorta_bazari_yanvar_ayinda_29_faiz_artib-834160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR