Türkiyənin "Cumhuriyet" qəzetinin baş redaktoru Can Dündara hücum edən və əlindəki tapança ilə onu vurmaq istəyən Murat Şahin bu gün ifadə verməyə başlayıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, olay dünən İstanbulun Çağlayan səmtindəki məhkəmə binasının qarşısında yaşanıb. Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Suriyaya yolladığı yük avtomobillərinin sərhəddə saxlanması və oradakı yüklərin əslində sursat olması ilə bağlı videokadrlarla xəbərlər yaydığı üçün cinayət məsuliyyətinə cəlb olunmuş C.Dündar hücumda yaralanmayıb. M.Şahin saxlananda tətiyi çəkib, çovuyan güllədən bir nəfər yaralanıb.
"O adam mənə yaxınlaşdı, "Sən bir vətən xainisən!" qışqırdı, sonra tapançanı çıxarıb vurmaq istədi", - Can Dündar deyib.
Can Dündar və onun baş redaktor olduğu "Cumhuriyet" qəzetinin Ankara təmsilçisi Erdem Gül 5 il 10 ay müddətinə azadlıqdan məhrum olunublar.
Can Dündara hücum olarkən onun xanımı Dilek Dündar və CHP-dən olan millət vəkili Muherrem Erkek silahlı şəxsin qarşısını almağa çalışıblar. Bu zaman M.Şahin qışqırıb, C.Dündara atəş açıb. Bu zaman D.Dündar həmin şəxsin yaxasından, Erkek də boğazından yapışıb.
Çovuyan güllə NTV telekanalının müxbiri Yağız Şenkalın ayağına dəyib.
Murat Şahin polisdə ifadə verərkən deyib: "Can Dündarı zatən sevmirdim. Onun MİT maşınları ilə bağlı yaydığı xəbərlərdən sonra bu adama nifrət etməyə başladım. Məqsədim onu ayağından vurmaq, dərs verməkdi".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:










