Milli.Az xəbər verir ki, bu gün Pirquluda "Tour d'Azerbaïdjan-2016" veloyürüşünün 4-cü mərhələsinə yekun vurulub.
Qəbələ - Şamaxı - Pirqulu marşrutu üzrə hərəkət edən idmançılar ümumilikdə 115,3 km yol qət ediblər. Qəbələ Şəhər İcra Hakimiyyəti qarşısında start götürən idmançılar Pirquluda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər.
Dubay klubunun idmançısı Luka Vokermen 13:54 radələrində ilk finiş xəttini keçən olub.
Qazaxıstan klubunun velosipedçisi Nikita Stanlov ikinci, üçüncü yerin sahibi isə, İtaliya klubunun üzvü Rinaldo Nocentini olub.
Ceyhun Ələkbərov
Milli.Az
Foto: AZƏRTAC











