Bakı, 23 fevral, AzərTAc
Finlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib.
AzərTAc xəbər verir ki, millimiz “Eerikkila Sports İnstitute” stadionunda Finlandiyanın müvafiq yaş qrupundan olan yığma komandası ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu Vadim Ağarəhimov vurub.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk yoldaşlıq oyunu da heç-heçə yekunlaşmışdı - 2:2.