Lavrov və Nalbandyan Rusiya-Ermənistan əlaqələrini müzakirə etdilər

Lavrov və Nalbandyan Rusiya-Ermənistan əlaqələrini müzakirə etdilər
02:44 3 Yanvar 2015
119 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya və Ermənistan XİN rəhbərləri iki ölkə arasında münasibətləri müzakirə ediblər

 

Bakı-APA. Rusiya və Ermənistan XİN rəhbərləri Sergey Lavrov və Edvard Nalbandyan arasında yanvarın 2-də telefon danışığı olub. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin saytında dərc edilmiş məlumatda bildirilir.

 

Rusiya XİN rəhbəri erməni həmkarını Ermənistanın Avrasiya İqtisadi Birliyə rəsmi qoşulması münasibəti ilə təbrik edib. “Tərəflər inteqrasiya əməkdaşlığı və ikitərəfli münasibətlərlə bağlı bir sıra aktual məsələləri müzakirə ediblər”, deyə məlumatda bildirilir.   

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR