Məlumata görə, daşqınlar və yaşayış evlərinin dağılması nəticəsində 9 nəfər həlak olub, onlarla sakin xəsarət alıb.
Leysan yağışların əmələ gətirdiyi daşqınlar 2 min 860 evin su altında qalmasına səbəb olub. Ən çox zərər çəkən evlər Nip departamentindədir.
Məlumata görə, 15 ev tamamilə dağılıb.
Xatırladaq ki, bir həftə əvvəl Haiti sahilləri yaxınlığında bir kiçik yelkənli gəmi batıb. Nəticədə 21 nəfər həlak olub.