Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə içtirakçılar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film izləyiblər.
Layihə çərçivəsində universitetin tələbələri DYP əməkdaşları ilə birgə, Bakı şəhəri ərazisində piyadaları maarifləndirmək məqsədilə "Bir dəqiqə, ya bir ömür" şüarı ilə altı ünvanda reydlərdə iştirak ediblər.
Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç tələbələrin DYP ilə birgə həyata keçirdiyi layihənin insanların həyatı üçün əhəmiyyətli olduğunu qeyd edib.
Bildirib ki, universitet kimi faydalı layihələri hər zaman dəstəkləyir.
BŞBPİ-nin DYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov tədbirdə şçıxış edərək biuldirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrin maarifləndirmə işlərində fəallığını təmin etməkdir: "İnsan həyatının, təhlükəsizliyinin qorunması işi ailədən və məktəbdən başlanır. Qafqaz Universitetinin layihəsi də cəmiyyətin maarifləndirilməsinə töhvə oldu".
Sonda layihə iştirakçılarına sertifikat verilib.


