Qaliblərin müəyyənləşdirilməsi üçün Mükafatın Akademiyası artıq səsverməyə başlayıb. Akademiyanın nümayəndələri daxili səsvermə əsasında hər mövcud olan 16 nominasiya üzrə bir qalibi müəyyən edəcək.
Nominantlar sırasından seçilmiş qaliblər 20 may tarixində rəsmi mükafatlandırma mərasimində elan ediləcək.
Bütün nominant saytların nümayəndələri mərasimə dəvət olunacaq. Akademiyanın qərarı ilə "Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə" və "İlin İT hadisəsi" fəxri nominasiyaları üzrə qaliblər elan olunacaq.
Həmçinin "Mobil qurğular üçün ən yaxşı proqramlar" və "Şəbəkənin seçimi" nominasiyalarında qaliblərin mükafatlandırılması həyata keçiriləcək.
Qeyd edək ki, "NETTY" Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. "NETTY" - Ümumdünya Şəbəkəsinin milli seqmentinin, ümumiyyətlə, İT bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.