Tokio, 23 fevral, AzərTAc
Fevralın 23-də Yaponiyanın kənd, meşə və balıqçılıq təsərrüfatı naziri Koya Nişikava maliyyə qalmaqalına görə istefa verib. Baş nazir Şinzo Abe onun istefa ərizəsini qəbul edib.
Ötən həftə məlum olub ki, hakim Liberal-Demokratik Partiyanın K.Nişikavanın rəhbərlik etdiyi Toçiki şəhər şöbəsi bir milyon yen (təqribən 8,4 min dollar) ianə qəbul edib. Həmin məbləğin K.Nişikava tərəfindən geri qaytarılmasına baxmayaraq, o, parlamentdə müxalifətin kəskin tənqidinə məruz qalıb.
Keçmiş nazir istefa barədə addımını Şinzo Abenin rəhbərlik etdiyi hökumətin fəaliyyətinə kölgə salmamaq istəyi kimi şərh edib.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio