Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları keçiriləcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

İlk matç Şüvəlanda olacaq. AZAL öz meydanında "Zirə"ni qəbul edəcək. Adil Şükürovun yetirmələri gümüş medalları təmin etmək üçün öz üzərinə düşəni etməli və bu görüşdən mütləq qalib ayırlmalıdırlar. Son 3 oyundur ki, qalib gələ bilməyən debütant uğursuz seriyaya son qoyaraq sevincinə sevinc qata bilər. "Təyyarəçilər" isə Avrokuboklara iddiasını davam etdirmək üçün qalib gələrək ötən turdakı "Nefçi" məğlubiyyətini unutdurmaq istəyindədir.

"Zirə"nin qələbəsi medalı təmin etmək üçün nə qədər vacibdirsə, "Neftçi"nin Gəncədə məğlub olmaması da bir o qədər önəmlidir. Əgər "ağ-qaralar" səfərdə "Kəpəz"ə uduzmasalar, debütantı sevindirmiş olacaqlar. Gəncəlilər isə Avrokubok iddiasından əl çəkməmək üçün 3 turdur uduzmayan Vəli Qasımovun yetirmələrini sıradan çıxartmalıdırlar. Şahin Diniyevin komandasının da özünəməxsus 3 oyunluq qələbə seriyası var.

Gəncəlilərin büdrəməsini istəyən daha bir komanda isə "İnter"dir. Ardıcıl 10 oyunda xal üzünə həsrət qalan "Xəzər Lənkəran"ı qəbul edəcək "bankirlər" "bürünc"ə iddianı davam etdirmək istəyirlərsə, cənubluları mütləq xalsız yola salmalıdırlar. "Xəzər Lənkəran" isə Premyer Liqada qalmaq uğrunda savaşda asan təslim olmağı düşünmür.

Çempionatın autsayderi "Rəvan" isə uzun fasilədən sonra axırıncı pillədəki yerini dəyişə bilər. Əgər "Xəzər Lənkəran" Bakıdan məğlub qayıtsa, Bəhmən Həsənovun yetirmələri üçün "Sumqayıt" qarşısında alacağı bir xal da irəliləmək üçün yetərli olacaq.

Həftənin mərkəzi oyunu isə Masazırda keçiriləcək. Artıq çempinluğu təmin etmiş "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Son 10 matçda qələbə qazanıb, klub tarixinin rekordunu müəyyənləşdirən Qurban Qurbanovun yetirmələri seriyanı davam etdirmək iddiasındadırlar. "Qəbələ" isə 6 turluq məğlubiyyətsizliyi qələbə ilə davam etdirməlidir. Roman Qriqorçukun yetirmələri bunu bacarmasalar, medal şansları minimuma enəcək.


Azərbaycan Premyer Liqası
XXXIV tur
11 may (çərşənbə)

16:00. AZAL - "Zirə"
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
AZAL Arena

16:00. "Kəpəz" - "Neftçi"
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu

17:00. "İnter" - "Xəzər Lənkəran"
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Xaqani Məmmədov
"İnter Arena"

18:00. "Sumqayıt" - "Rəvan"
Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, İsgəndər Əliyev, Fərid Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Füzuli Nəcəfov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər sradionu

19:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
"Əlincə Arena"

1

Qarabağ

33

24

6

3

60-19

78

2

Zirə

33

17

9

7

39-27

60

3

Kəpəz

33

15

10

8

45-35

55

4

Qəbələ

33

14

11

8

41-26

53

5

İnter

33

14

11

8

34-23

53

6

AZAL

33

13

6

14

25-32

45

7

Neftçi

33

11

10

12

34-36

43

8

Sumqayıt

33

6

12

15

34-46

30

9

Xəzər Lənkəran

33

3

5

25

12-45

14

10

Rəvan

33

4

8

21

22-57

14

* - "Rəvan"ın hesabından 6 xal silinib.

Bombardir: Nelson Bonilla ("Zirə") - 14

Milli.Az