Bu gün Premyer Liqada XXXIV turun oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.
Günən ilk matçı Şüvəlanda AZAL-la "Zirə" arasında baş tutacaq. Bu qarşılaşma hər iki tərəf üçün böyün önəm daşıyır. "Zirə" gümüş medalları təmin etmək üçün bu görüşdən mütləq qalib ayırlmalıdı. 3 oyundu ki, qalib gələ bilməyən debütant uğursuz seriyaya son qoymağa çalışacaq. AZAL isə Avropa Liqası iddiasını davam etdirmək üçün qələbə qazanmağa borcludu.
Bundan bir saat sonra start götürəcək "Kəpəz" - "Neftçi" matçı da bir o qədər əhəmiyyətlidi. Çünki "Neftçi" AZAL-la birlikdə Avropa Liqasına vəsiqə qazanmaq iddiasındadı. Bunun üçün də "ağ-qaralar" səfərdə mütləq qələbə qazanmalıdı. Meydan sahibləri isə ikinci yerə iddia edir. "Kəpəz"in evdə xal itirməsi ən "Zirə"nin işinə yarayacaq.
"Kəpəz"in büdrəməsini "Zirə" qədər "İnter" də istəyir. "Qəbələ" ilə 4-5-ci pillələri bölüşən "bankirlər" mövsümü medalla başa vurmaq istəyir və bunün üçün onlar bu gün son 10 oyunda xal, 22 matçda qələbə üzünə həsrət qalan "Xəzər Lənkəran"ı yenməklə yanaşı, "Kəpəz"in də xali itirməsinə ümid etməlidi. "Xəzər Lənkəran" isə yeni baş məşqçi Ağadadaş Həmidovun başçılığı altında xal və qələbə həsrətinə son qoymalıdı.
Saat 18.00-da başlayacaq "Sumqayıt" - "Rəvan" matçı meydan sahibləri üçün formal xarakter daşısa da, qonaqlar üçün böyük əhəmiyyətə sahibdi. Uzun fasilədən sonra son pillədən canını qurtarmağa yaxın olan "Rəvan" bu gün qələbə qazanmağa çalışacaq. Əgər “Xəzər Lənkəran Bakıdan məğlub qayıtsa, Bəhnəm Həsənovun yetirmələri üçün "Sumqayıt" qarşısında alacağı bir xal da irəliləmək üçün yetərli olacaq.
Həftənin mərkəzi oyunu isə Masazırda keçiriləcək. Artıq çempinluğu təmin etmiş “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Son 10 matçda qələbə qazanıb, klub tarixinin rekordunu müəyyənləşdirən Qurban Qurbanovun yetirmələri seriyasını davam etdirmək iddiasındadı. “Qəbələ” isə 6 turluq məğlubiyyətsizliyi qələbə ilə davam etdirməlidi. Roman Qriqorçukun yetirmələri bunu bacarmasa, medal şanslarını minimuma endirəcək.
Premyer Liqa
2015/16 mövsümü
IV dövrə, XXXIV tur
11 may
16.00 AZAL - Zirə
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"AZAL Arena".
16.00 Kəpəz - Neftçi
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Gəncə şəhər stadionu.
17.00 İnter - Xəzər Lənkəran
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Ziya Nəsirov .
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
“İnter Arena”.
18.00 Sumqayıt - Rəvan
Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, İsgəndər Əliyev, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Kapital Bank Arena”.
19.00 Qarabağ - Qəbələ
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
“Əlincə Arena”.
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
Qarabağ |
33 |
24 |
6 |
3 |
60-19 |
78 |
|
|
2 |
Zirə |
33 |
17 |
9 |
7 |
39-27 |
60 |
|
|
3 |
Kəpəz |
33 |
15 |
10 |
8 |
45-35 |
55 |
|
|
4 |
Qəbələ |
33 |
14 |
11 |
8 |
41-26 |
53 |
|
|
5 |
İnter |
33 |
14 |
11 |
8 |
34-23 |
53 |
|
|
6 |
AZAL |
33 |
13 |
6 |
14 |
25-32 |
45 |
|
|
7 |
Neftçi |
33 |
11 |
10 |
12 |
34-36 |
43 |
|
|
8 |
Sumqayıt |
33 |
6 |
12 |
15 |
34-46 |
30 |
|
|
9 |
Xəzər Lənkəran |
33 |
3 |
5 |
25 |
12-45 |
14 |
|
|
10 |
Rəvan |
33 |
4 |
8 |
21 |
22-57 |
14 |
|
|
Bombardirlər |
Nelson Bonilla (Zirə) - 14. Dani Kintana (Qarabağ) - 12. Ruslan Qurbanov (Neftçi) - 11. Riçard Almeyda (Qarabağ), Amil Yunanov (Sumqayıt), Aleksey Qay (Qəbələ) - 9. |
|||||||
|
Qeyd: |
FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib. |
|||||||
Fanat.az