Türkiyənin məşhur müğənnisi Ajda Pekkanın gözlərini qurbağaya, dodaqlarını isə meymuna bənzədən estetik mütəxəssisi Nazim Durak məhkəmə tərəfindən cərimələnib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Asliye Hüquq Məhkəməsi 4 il davam edən prosesə yekun vurub. Prosesə müğənninin vəkili qatılıb və iddia qəbul edilib.

İttihamçı tərəf sənətçini təhqir etidiyi üçün 10 min TL mənəvi təzminat ödəməyə məhkum edilib.