Türkiyəli müğənni Sinan Akçıl və Erkan Petekkaya yeni duet hazırlayır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki məşhur ötən gecə "Mekan Oskarları" ödül mərasimi üçün jurnalist Kenan Erçetingöz ilə bir araya gəlib. Üçlük 2 saat davam edən görüş keçirib.

Məkandan ilk ayrılan müğənni Sinan Akçıl "Mekan Oskarları" gecəsində mahnı oxuyacaqları xəbərini verib:

"Erkan bəylə mənim ifam açılışın ilk mahnısı olacaq. Ajda Pekkanın ifası ilə bağlanacaq. O gecəyə xüsusi bir mahnı yazmışam".

İrem Derici ilə çəkildiyi klip barədə sulları cavablandıran müğənni: "İremlə maraqlı klip çəkdirdik. İki həftəyə qədər musiqi kanallarında olacaq. İremi qaçırdım, amma peşmanam" deyə, jurnalistlərə yarızarafat cavab verib.

Sinan Akçıl: "İremi qaçırdım, amma peşmanam" - foto

Sinan Akçıl: "İremi qaçırdım, amma peşmanam" - foto