"Report" xəbər verir ki, cümə günü Berlində keçirilən oyun Türkiyə klubunun 88:77 (23:15, 18:25, 14:17, 17:15, 16:5) hesablı qələbəsi ilə başa çatıb.
Qaliblərin heyətində ən məhsuldar oyunçu 18 xal toplayan Boqdan Boqdanoviç olub.
Finalda "Fənərbaxça"nın rəqibi Rusiyanın MOİK klubu olacaq. Üçüncü yer uğrunda isə yarımfinalda MOİK-ə 88:81 hesabı ilə məğlub olan Krasnodar "Lokomotiv-Kuban"ı ilə "Baskoniya" mübarizə aparacaq.
Final və üçüncü yer uğrunda görüş bazar günü keçiriləcək.