ANS ÇM radiosu paytaxt sakinlərinə xoş anlar yaşatmaq, onları sevindirmək üçün daha bir tədbir keçirib. ANS PRESS-in məlumatına görə, paytaxtın “Megafun” ticarət və əyləncə mərkəzində keçirilən möhtəşəm konsert proqramı ANS ÇM və "SOCAR Petroleum"un birgə təşkilatçılığı ilə təşkil edilib. Tədbiri uşaqlardan ibarət “Mehriban” rəqs qrupu açıb. Balacaların rəqsi tamasaçılar tərəfindən sürəkli alqışlarla nəticələnib.
"Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosu dinləyicilərinə hədiyyə olaraq hər ayın sonu konsert keçirir"
Tədbirdə iştirak edən şou-biznes müğənniləri konsert iştirakçıları üçün özlərinin ən sevilən mahnılarını ifa ediblər. ANS ÇM radiosunun “Sona kimi” verilişinin aparıcısı Sona Rəsulovanın aparıcılığı ilə keçirilən tədbirdə xalq artisti Flora Kərimova, tanınmış müğənnilər Elnarə Xəlilova, Lalə Məmmədova, Elza, Murad Arif, Rəşad İlyasov, Yaşar Cəlilov dinləyicilərin zövqünü oxşayıblar. Gənc müğənni və aktrisa Mina mahnıları ilə yanaşı öz libası ilə tamaşaçıların xüsusi rəğbətini qazanıb. Minanın geydiyi paltarda Azərbaycanın bayrağı öz əksini tapıb. Gənc müğənni geyiminə görə, stilist rəssam Lalə xanıma xüsusi təşəkkürünü bildirib. Azərbaycanın tanınmış Dj-i Çingiz Mustafayev (DJ Çina) öz musiqiləri ilə tamaşaçılar arasında canlanma yaradıb. Konsert böyük coşqu ilə qarşılanıb.



















Gecənin sürprizini "Socar Petroleum" yaşadıb. Fransada keçiriləcək UEFA EURO 2016 çempionatında iştirak etmək üçün "SOCAR PETROLEUM" QSC-nin yanacaqdoldurma məntəqələrindən əldə olunmuş lotoreyaların qalibləri müəyyənləşib.

ANS ÇM vətənpərvərləri bir araya yığdı
Konsert zamanı “Yanacağı SOCAR-da doldur UEFA EURO 2016-ya bilet qazan” devizi ilə keçirilən kampaniyanın qaliblərinin adları müğənnilər tərəfindən xüsusi qablaşdırılmış qutudan çıxardılaraq bəlli olub. 5 xoşbəxt qalib Fransada keçiriləcək futbol üzrə dünya çempionatını canlı izləmək şansı qazanıb.
Qafqazın ilk FM stansiyası, Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosu dinləyicilərinə hədiyyə olaraq hər ayın sonu konsert keçirir. Sonuncu dəfə aprelın 29-da Yasamal rayonunda yerləşən "Baku Mall" ticarət və əyləncə mərkəzində konsert keçirilib. ANS ÇM və "Socar Petroleum"un birgə təşkilatçılığı ilə baş tutan konsert hərbi-vətənpərvərlik ruhunda olub.