"Report"un məlumatına görə, bu haqda Səudiyyə Krallığının "SPA" agentliyi xəbər yayıb.
Məlumata görə, Con Kerri və kral arasındakı görüşdə Suriyada hökumət qüvvələri ilə müxalif döyüşçülər arasında atəşkəs rejiminə əməl olunması məsələsi müzakirə edilib.
Ərəb telekanallarının məlumatına görə, Con Kerri Ciddədə həmçinin krallığın daxili işlər naziri Məhəmməd bin Naif və digər şəxslərlə də görüşüb.