[ 24 Fevral 2015 02:24 ]



Bakı-APA. Tanzaniyada ildırım 5 nəfəri vuraraq öldürüb.

APA-nın AFP-ə istinadən verdiyi xəbərə görə, insident Nyakasanda yaşayış məntəqəsində qeydə alınıb.

Məlumata görə, güclü leysandan gizlənməyə çalışan müəllim və dörd şagirdi ildırım vurub.

Daha 17 məktəblinin ildırım zərbəsindən xəsarət aldığı bildirilir.