Tanzaniyada ildırım 5 nəfəri vuraraq öldürüb.
APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, insident Nyakasanda yaşayış məntəqəsində qeydə alınıb.
Məlumata görə, güclü leysandan gizlənməyə çalışan müəllim və dörd şagirdi ildırım vurub.
Daha 17 məktəblinin ildırım zərbəsindən xəsarət aldığı bildirilir.