"Eurovision-2016"nın Azərbaycan üzrə münsiflər heyətinin müsabiqə iştirakçılarına verdiyi səslər məlum olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səsvermə nəticələri müsabiqənin rəsmi saytında dərc edilib.
Rejissor Gülcöhrə Şəfiyeva, dirijor Əyyub Quliyev, opera ifaçısı Fərid Əliyev, xalq artisti, baletmeyster Təranə Muradova və aparıcı Nərgiz Cəlilova böyük finalda birinci yeri Rusiya təmsilçisi Sergey Lazarevə veriblər.
Münsiflərin toplam rəyi (opera ifaçısı Fərid Əliyev istisna) ilə ikinci ən yüksək balı (10) Ukrayna təmsilçisi Jamalaya vermək barədə qərar qəbul ediblər.
Heyət arasında 3-cü ən yükək bal (8) verilən ölkə arasında fikir ayrılığı yaranıb.
Belə ki, rejissor Gülcöhrə Şəfiyeva və Təranə Muradova 3-cü yerdə Macarıstanı görsə də, digər münsiflər Nərgiz Cəlilova Maltanı, Əyyub Quliyev Avstraliyanı, Fərid Əliyev isə Ukraynanı bu sıraya layiq görüb.
Lakin münsiflərin Bolqarıstana verdikləri xallar toplanaraq ümumi bir nəticə ortaya çıxıb, 8 xal bu ölkə təmsilçisinə göndərilib.
5 münsif üzvünün yekun rəyi ilə ən axırıncı sıraya Ermənistan təmsilçisi İveta Mukuçyan müəyyənləşdirilib.
Onlar erməni müğənninin şousunu və ifasını sonuncu sırada görüblər.
Sondan ikinci sırada isə münsiflər (Nərgiz Cəlilova istisna) Gürcüstan təmsilçiləri Nika Kocharov və Young Georgian Lolitazanı görüblər.
Siyahıda müsabiqədə gizli şəkildə təqdim edilən Azərbaycan tamaşaçısının səsvermə nəticələri də qeyd edilib.
Rusiya - 12 xal
Ukrayna - 10 xal
Bolqarıstan - 8 xal
Macarıstan - 7 xal
İsrail - 6 xal
Malta- 5 xal
Fransa - 4 xal
Polşa - 3 xal
Avstraliya - 2 xal
Gürcüstan - 1 xal
Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.
Milli.Az

