“İlin sonunadək beynəlxalq təşkilatların siyasi məhbus adlandırdığı və İnsan Hüquqları üzrə İşçi Qrupunun siyahısında olan bütün şəxslər azadlığa buraxılacaq”.
Bunu Lent.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri və İnsan Hüquqları üzrə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu deyib. N.Cəfəroğlu deyib ki, hazırda onların siyahısında cəmi 8 məhbusun adı var. Bu şəxslər də bu ilin axırına qədər azadlığa buraxılacaqlar.
Bununla belə, hüquq müdafiəçisi millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə hazırlanan Amnistiya Aktının onların siyahısında olan şəxslərə şamil edilib-edilməyəcəyi barədə dəqiq şərh vermək imkanında olmadığını da əlavə edib.