Aktrisa Sinem Kobal və aktyor Kənan İmirzalıoğlunun toyu haqda söz-söhbət bitmir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, toydan paylaşılan fotolardan biri xüsusi ilə diqqət çəkib.

Toyda bəy tərəfinin dostları ilə çəkdirdiyi foto sosial şəbəkədə zarafatla müxtəlif başlıqlarla paylaşılıb. Kənanın dostlarının bənzər smokinqdə olması və aristokratlara bənzəmələri istifadəçilərin diqqətini çəkib.

Fotolardan biri "Onların toyunda bəy tərəfi, bizim toyda bəy tərəfi" başlığıyla paylaşılıb.

Milli.Az

Kənanın toyundan paylaşdığı FOTO müzakirələrə səbəb oldu
Kənanın toyundan paylaşdığı FOTO müzakirələrə səbəb oldu