Bakı, 24 fevral, AzərTAc
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyununda qalib gəlib.
AFFA-dan AzərTAc-a bildiriblər ki, Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşan yığmamız 2:1 hesablı qələbə qazanıb.
Yığmamızın qollarını Taşkın İlter və Azər Salahlı vurublar.