Bakı. 19 may. REPORT.AZ/ İndiyədək 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə iştirak etmək istəyən 3 nəfərin namizədliyi qeydə alınıb.
“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
M.Pənahovun sözlərinə görə, ümumilikdə həmin dairə üzrə 14 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. “Artıq onlardan 9 nəfəri imza vərəqələrini dairə seçki komissiyasına təqdim ediblər”.
MSK sədri deputatlığa namizədlərə xəbərdarlıq edib. O, bildirib ki, namizədlərin təşviqat kampaniyasından əvvəl kampaniya aparmaları arzuedilən deyil.