Topaz Premyer Liqasında mövsümün sonuncu - XXXVI turuna təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, turun əsas qarşılaşmalarından hesab olunan "Kəpəz" - "Qəbələ" matçına Rəhim Həsənov təyinat alıb.

Son pillənin sahibini müəyyənləşdirəcək "Rəvan" - "Xəzər Lənkəran" görüşünü Ramil Diniyev idarə edəcək. "Qarabağ" - AZAL oyununda ədaləti Ömər Paşayev qoruyacaq.

"İnter" - "Zirə" matçına Fariz Yusifov, "Sumqayıt" - "Neftçi" oyununa isə Rauf Cabbarov təyinat alıb.

20 may
17.00 Kəpəz - Qəbələ
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Gəncə şəhər stadionu.

17.00 İnter - Zirə
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabbarov.
“İnter Arena”.

17.00 Rəvan - Xəzər Lənkəran
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
“Bayıl Arena”.

19.00 Qarabağ - AZAL
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
“Azersun Arena”.

19.00 Sumqayıt - Neftçi
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
“Kapital Bank Arena”.

Fanat.az