Bu gün Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, çempionatın sonuncu - XXXVI turunun qarşılaşmaları eyni gündə keçiriləcək.

Birinci və ikinci yerin taleyinə daha əvvəldən aydınlıq gəldiyi üçün yekun turu əsasən bürünc medalların taleyi baxımından əhəmiyyətlidir.

İlk üçlüyü qapadacaq sonuncu komanda saat 17:00-da start veriləcək oyunlardan sonra məlum olacaq.

Gəncədə bu yerə iddia edən 3 komandadan ikisi bir-biriylə mübarizə aparacaq. "Kəpəz" "Qəbələ"ni qəbul edəcək. "Qəbələ" son 2 matçda uduzduğu "Kəpəz"i səfərdə məğlub etməyə borcludur. Əks halda mükafat əldə çıxacaq. Gəncəlilərin isə "bürünc"ü qazanması təkcə özündən asılı deyil. Şahin Diniyevin yetirmələri özləri qalib gəlməklə yanaşı "İnter"in də büdrəməsi üçün dua etməlidirlər.

"Bürünc"ün üçüncü "adaxlısı" "İnter" isə artıq "gümüş"ü özü üçün təmin etmiş "Zirə" ilə oynayacaq. "Bankirlər" bu mövsümün ilkinə imza ataraq "Zirə"ni məğlub etməli, eyni zamanda qulağı Gəncədə "Qəbələ"nin büdrəməsi xəbərində olmalıdır.

Bu saatın digər oyunu isə turnir cədvəlinin sonuncusunun kimliyini müəyyən edəcək. "Rəvan" "Xəzər Lənkəran"ı qəbul edəcək. Lisenziya ala bilmədiyindən Premyer Liqadakı yerini itirəcəyi gözlənilən cənublular mövsümü son pillədə bitirməmək üçün mütləq qalib gəlməlidirlər. Meydan sahibləri isə heç-heçə sayəsində də öz yerlərini qoruya biləcəklər.

Günün son iki matçı isə avrokuboklara sonuncu vəsiqənin sahibini müəyyənləşdirə bilər. AZAL və "Neftçi" ayrı-ayrı komandalara qarşı əslində bir-biriləri ilə mübarizə aparacaqlar.

"Ağ-qaralar" Sumqayıt səfərində uduzmasa, Avropa Liqasına vəsiqə üçün yetərli olacaq 6-cı yeri tutacaq. Ancaq hədəfə məğlub olaraq da çatmaq olar. Bunun üçün isə saatın digər oyununda AZAL "Qarabağ"ı məğlub etməməlidir. Ağdamlıların çempionluq kubokuna və medallarına qovuşacağı bir gündə "təyyarəçilər"in qələbə şansı o qədər də yüksək dəyərləndirilmir.

Ancaq Tərlan Əhmədovun komandasının şansını sıfırla da müqayisə etmək olmaz. Əgər "təyyarəçilər" səfərdə, "Sumqayıt" isə evdə qələbə qazansa, AZAL yenidən 6-cı pilləni ələ keçirəcək. Bununla, Avropa Liqası şansı əldə edəcək bakılılar ölkə kubokunun finalını gözləyib, "Qarabağ"ın "Neftçi"ni yenməsini arzulayacaq.


Azərbaycan Premyer Liqası
XXXVI tur
20 may (cümə)


17:00. "Rəvan" - "Xəzər Lənkəran"

Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-İnspektor: Məhəmməd Məmmədov
Mövsümün əvvəlki oyunları: 1:1, 0:1, 0:0
"Bayıl Arena"

17:00. "Kəpəz" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu
Mövsümün əvvəlki oyunları: 0:1, 2:1, 3:0

17:00. "İnter" - "Zirə"
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Gülağa Cabarov
"İnter Arena"
Mövsümün əvvəlki oyunları: 0:0, 0:0, 1:2

19:00. "Qarabağ" - AZAL
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi : Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Suraxanı qəsəbə stadionu
Mövsümün əvvəlki oyunları: 2:0, 2:0, 0:1

19:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov
AFFA nümayəndəsi : Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Mövsümün əvvəlki oyunları: 1:2, 1:2, 0:1

Turnir cədvəli

1

Qarabağ

35

25

6

4

63-21

81

2

Zirə

35

17

11

7

42-30

62

3

İnter

35

15

11

9

38-28

56

4

Kəpəz

35

15

11

9

48-39

56

5

Qəbələ

35

15

11

9

43-28

56

6

Neftçi

35

13

10

12

40-39

49

7

AZAL

35

13

7

15

26-35

46

8

Sumqayıt

35

8

12

15

39-48

36

9

Rəvan

35

5

8

22

25-61

17

10

Xəzər L

35

3

5

27

14-49

14

* - "Rəvan"ın hesabından 6 xal silinib.

Bombardirlər: Nelson Bonilla ("Zirə"), Dani ("Qarabağ") - 14.

Milli.Az