Mayın 26-da Heydər Əliyev Sarayında Respublika Gününə həsr olunmuş "Ulu torpağım, Azərbaycan!" konsert proqramı keçiriləcək.
Konsertdə respublikanın xalq artistləri Mələkxanım Əyyubova, Mübariz Tağıyev, əməkdar artistlər İlqar Muradov, Yusif Mustafayev, Sevinc Sarıyeva, Ağalar Bayramov (bədii qiraət), tanınmış müğənnilər Könül Kərimova, Samir Piriyev, Nadir Qafarzadə, Mətanət Əsədova, Ayaz Qasımov, Sevda Yahyayevə, Yaşar Yusub, Könül Məmmədli, Yaşar Muradov, aşıqlar - əməkdar mədəniyyət işçisi Əhliman Şirvanlı, Fəzail Misginli, Aşıq Nazim və Aşıq Nəbi iştirak edəcəklər.
Konsertin informasiya dəstəyi Trend.Az, Day.Az və Milli.Az-a məxsusdur.
Saat 19:00-da başlayacaq konsertin biletləri 10-40 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.
Əlaqə telefonları (012) 441-21-31, 598-17-72/73/74
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

