Azərbaycan və Türkmənistan türkmən qazının "Cənub Qaz Dəhlizi" üzrə Avropaya nəqli imkanları ilə bağlı danışıqlar aparır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ANS-ə müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, iki praqmatik variant var: "Birincisi, Transxəzər boru kəmərinin tikintisi, ikincisi isə, Xəzər dənizində sualtı boru kəmərləri vasitəsilə platformaları birləşdirmək".
N.Əliyev qeyd edib ki, "Cənub Qaz Dəhlizi" Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur, lakin eyni zamanda o, həmçinin digər mənbələr və Türkmənistan üçün açıqdır.
Milli.Az