“Eurovision 2011” qalibi Nigar Camal “ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasının qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi Günay İbrahimlini hit-paraddan uzaqlaşdırıb və onunla bağlı bunları deyib:

“Günayın səsini ilk dəfə “Eurovision” seçim turlarında eşitmişəm. Gözəl ifa edirdi. İndi tam başqa stildə oxuyur. Mən onun o stildə oxumasını bəyənirdim”.

N.Camal həmkarı Miri Yusifi birinci yerə layiq gördüyünü bildirib:

“Miri Yusif ən sevdiyim müğənnilərdən biridir. Həftənin ikincisi Zülfiyyə Xanbabayevadır. Çox şirin qadındır, mahnılarını və səsini bəyənirəm”.

N.Camal duet ortağı Eldar Qasımovu üçüncü pilləyə layiq görüb:

“Eldarla tədbirlərdə, restoranlarda bir araya gəlirik. Amma işlə bağlı yox. Bizim tərzlərimiz başqadır. Əgər xoşumuza gələn mahnı olsa, oxuyarıq. Həftənin dördüncüsü Tünzalə xanımdır. Beşinci isə Sevda Yahyayeva olsun. Natavan Həbibi isə altıncı pillədədir. Onun səsindən xoşum gəlir”.

Müğənni yeddinci pilləyə Zamiq Hüseynovu qoyub:

“Çox yaraşıqlı müğənnidir, heç kimə bənzəmir. Səkizinci yerdə Azəri Günel olsun. Bizim qızımız kimi Türkiyədə tanınanlar arasında birincidir. Elnarə Xəlilovanı doqquzuncu yerə layiq görürəm”.

N.Camal müğənni Kərim Abbasovu tanımayıb.

“Bunu indi tanıdım. Kərimə uğurlar arzulayıram. Onu onuncu yerə layiq görürəm” deyə, müğənni bildirib.