Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Qərb mətbuatının yazdığına görə, filmin qəhrəmanını canlandıran aktyor Ceymi Dornan növbəti hissələrdə çəkilmək istəmir. 32 yaşlı aktyorun bu addımına səbəb kimi isə həyat yoldaşı Amelinin narazılığı göstərilir. Ailəyə yaxın mənbə bildirib ki, “Bozun 50 çaları”nın nümayişindən sonra qızların Ceymiyə artan marağından narahat olan Ameli bu şöhrəti həzm edə bilmir.
Qeyd edək ki, ekran işinin daha iki hissəsinin çəkiləcəyi gözlənilir.