“Əl-Qaida”nın nüfuzlu liderlərindən biri Nyu-Yorkda vəfat edib

12:27 3 Yanvar 2015
79 Dünya
Ölkə mətbuatı
A- A+

[ 03 Yanvar 2015 12:22 ]

Bakı. Rüfət Əhmədzadə – APA. “Əl-Qaidə” terror təşkilatının nüfuzlu liderlərindən biri Əbu Ənas əl-Libi Nyu-Yorkda dünyasını dəyişib.

 

APA-nın RİA “Novosti”-yə istinadən verdiyi məlumata görə, Əbu Ənas əl-Libi 1998-ci Keniya və Tanzaniyada ABŞ səfirliklərinə terror hücumunun təşkilində ittiham olunur.

 

Əsl adı Nazih Əbd-əl-Hamid ər-Ruhai olan terrorçu 10 ildən çox axtarışda olub və ABŞ onun tutulması üçün 5 milyon dollar mükafat təyin edib. Əl-Libi 2013-cü ildə Tripoli yaxınlığında ABŞ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib. Həmin ay da Nyu-Yorkda məhkəmə qarşısına çıxıb.

 

Əl-Libi 1994-cü ildən “Əl-Qaidə” sıralarında döyüşüb və Üsamə bin-Ladenin etibarlı adamlarından sayılır.

 

Onun törətdiyi iddia edilən, Keniya və Tanzaniyada baş vermiş terror hücumlarında 12 amerikalı, 220 keniyalı həlak olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR