"Report"un Banka istinadən verdiyi xəbərə görə, yubiley reqatasında iştirak edən yaxtaçıların ümumi sayı Azərbaycan, Rusiya, Qazaxıstan, İngiltərə, Almaniya, Fransa, İsrail, Ukrayna, Bolqarıstan və digərləri də daxil olmaqla, 20 ölkədən 300-dən çox olub. 4 divizionda - "Beneteau First 45" və "First 35", "Hanse 445" və "ORC Club Rule" divizionunda 37 yaxta qeydə alınıb.
Qeyd edək ki, adı çəkilən reqata 2007-ci ildən keçirilir və 9 il ərzində bu yarışlarda 25 ölkədən 3 200-dən çox yaxtaçı iştirak edib. Reqatanın formatı – aktiv birgə istirahət elementləri olan yarışdır. “Kabestan-Xorvatiya 2016” reqatasının rəsmi proqramı çərçivəsində nişanlar üzrə gündəlik adrenalin yarışları və marşrut, spinaker master-klasslar (usta dərsləri) və ISAF-ın (BYİF) beynəlxalq hakimlər tərəfindən yelkənli yarış qaydaları üzrə faydalı seminarlar keçirilib.
Yarışın sonuncu mərhələsində "Nikoil Bank"ın komandası 3-cü yeri tutub. Qeyd edək ki, reqatanın iştirakçıları arasında 5 idman ustası, 1 Avropa çempionu və 1 Moskva çempionu olub.