Akademiyada eyni vaxtda 100 yeniyetmənin futbolla məşğul olması nəzərdə tutulub. Bundan başqa, şagirdlərə ingilis dili də öyrədiləcək. "Topçular"ın türk əsilli futbolçusu Məsut Özilin akademiyanın tanıtım üçün bu yay ərzində Türkiyəyə gələcəyi gözlənilir.
Qeyd edək ki, bu "Arsenal"ın bölgədə açdığı 25-ci futbol akademiyasıdır. Klubun ən yaxşı akademiyası Londonda yerləşir. "Arsenal" Türkiyədə futbol akademiyası açan ilk Premyer Liqa klubu kimi tarixə düşüb.