Bakı. 1 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən BMT Təhlükəsizlik Şurasının fəaliyyətini tənqid edib və qurumun daimi üzvlərini müəyyən müddətə seçməyi təklif edib.
"Report" NTV telekanalına istinadən xəbər verir ki, bu barədə o, Uqandaya səfəri çərçivəsində bu ölkənin Entebbe şəhərindəki Makerere Universitetində çıxışı zamanı bəyan edib.