"Report" "İnterfaks"a istinadən xəbər verir ki, imzalanma mərasimi Soçidə baş tutub.
Həm texnogen, həm də təbii hadisələrlə üzləşən QDİƏT-in iştirakçı ölkələri arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində qarşılıqlı əlaqəyə xüsusi diqqət ayrılır. Buna görə də bütün QDİƏT üzvləri bu istiqamətdə gələcək əməkdaşlığa maraqlıdır", - görüşün yekunlarına görə təşkilatın beynəlxalq katibliyinin baş katibi Maykl Xristidis bildirib.
QDİƏT 1999-cu ildə yaradılıb və 12 üzvdən ibarətdir: Azərbaycan, Albaniya, Türkiyə, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Ukrayna və Ermənistan.
Ukrayna və Türkiyə Soçidəki görüşdə iştirak etməyib.