Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az bildirir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Sarayevo küçəsində qeydə alınıb. 40-45 yaşlı naməlum kişi yıxılaraq kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib və aldığı xəsarətdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az