Xocalıların ümüd yeri (VİDEO)

Xocalıların ümüd yeri (VİDEO)
00:16 26 Fevral 2015
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Xocalı faciəsi qurbanlarının yad edilməsi üçün qoyulan abidənin “Ana harayı” adlandırılması təsadüfi deyil. Vəhşicəsinə qətlə yetirilmış 63 körpənin anasının harayını isə hələ ki, eşidənlər çox deyil. Yeri gəlmişkən abidənin köçürülməsi məsələsi də müzakirə mövzusudur.

“Ana harayı” abidəsi Xocalı faciəsi qurbanlarının həm baş daşı, həm abidəsi, həm də ümid yeridir.

“Ana harayı” soyqırım abidəsinin hündürlüyü ümumilikdə 8 metrdir. Heykəl üç, postament isə 5 metrdir. Heykəldə ana öldürülmüş körpəsini əlləri üzərində tutub.

Heykəltəraş Mahmud Rüstəmov deyir ki, bu abidə kompleksi barədə sifariş veriləndə doğrusu bunun nə qədər ağır və məsuliyyətli iş olduğunu anlayıb. Atası Aslan Rüstəmov, qardaşı Teymur ilə birlikdə bir neçə eskiz hazırlayıb. Çox müzakirələrdən sonra onlardan bu abidənin eskizi qəbul edildi:

"2007-ci ildə biz “Ana harayı” soyqırım abidəsi üzərində işlərə başladıq. 2008-ci ildə isə “Ana harayı” soyqırım abidəsi müəyyən olunan yerə qoyuldu. Postament üzərindəki heykəl bürüncdəndir. 2011-ci ildə isə biz daha bir abidə üzərində işlərə başladıq. Hazırda həmin abidə Goranboy rayonunda qoyulub. O abidə birincidən tamamən fərqlənir. Abidədə çoxlu fiqurlar var və postament qranit və bürüncdən işlənilib”.

Heykəltaraş sözlərinə onu da əlavə etdi ki, “Ana harayı” heykəlini işləmək o qədər də asan olmayıb. Çünki, faciəni əks etdirən şəkillər və kadrlar onlara təqdim olunanda baxmaqda çətinlik çəkiblər.

Müəllifin qarşıya qoyduğu əsas məqsəd bu abidə ilə bütün məlumatları çatdırmaq olub.

Abidənin arxitektoru Camal Rəşid Əlizadə deyir ki, əslində bu memorial kompleks xocalıların həm də məzarlığı sayıldığından onun köçürülməsi məsələsi gündəmdədir. Əgər “Ana harayı” abidəsinin Şəhidlər xiyabanına köçürülməsi ideyası gerçəkləşərsə, bu onların digər şəhidlərlə birgə anılması üçün daha münasib olar.

Mənbə
ANS TV: Çinarə Vaqif



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=328302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR