Bakıda meyiti tapılan naməlum kişinin avtomobillə vurulduğu məlum olub.
Milli.Az DİN-ə istinadən bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində 45-50 yaşlı kişinin "TOFAŞ" markalı avtomobillə vurulduğu müəyyən edilib və avtomobilin sürücüsü, Göyçay rayon sakini Aqil Yusifov saxlanılıb.
Qeyd edək ki, iyunun 18-də Sarayevo küçəsində 40-45 yaşlı naməlum kişi meyiti aşkar edilib. Ölən şəxsin üzərindən hər-hansı sənəd çıxmadığı üçün onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Milli.Az