Oyun 2:2 hesablı heç-heçə ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən Makedoniya futbolçuları 4:2 (ümumi hesab 6:4) hesabı ilə qalib gəlib.
Növbəti oyunda rəqib Xorvatiya olub. Bu dəfə Azərbaycan millisi 3:1 hesablı qələbə qazanıb. Son oyunda isə Xorvatiya və Makedoniya yığmaları üz-üzə gəlib və oyun birincilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qaydalara görə, penalti zərbələri ilə qalib gələn komandanın aktivinə 2, məğlubun isə 1 xal əlavə edilir. Yekunda 4 xal toplayan millimiz UEFA İnkişaf turnirinin qalibi olub.